İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna gecə saatlarında HƏRƏKƏTƏ KEÇDİ: Bu zavoda ZƏRBƏ ENDİRDİ - VİDEO

800 24.12.2025 09:56 Dünya A A

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın Tula vilayətində yerləşən Yefremov Sintetik Kauçuk Zavodunu hədəfə alıb.

Musavat.com xəbər verir ki, yerli hakimiyyət orqanları hadisə ilə bağlı yaydıqları məlumatda müəssisələrdən birinin ərazisində yanğın baş verdiyini təsdiqləyiblər.

İlkin məlumata görə, yanğın operativ şəkildə söndürülüb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə rəsmi açıqlama verilməyib. Zavodun fəaliyyətinə dəyən zərərin miqyası da hələlik açıqlanmır.

Qeyd edək ki, Yefremov Sintetik Kauçuk Zavodu sənaye əhəmiyyətli obyektlərdən biri hesab olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR