İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna hərbçilərindən Trampın planına SƏRT CAVAB: "Əmr verilsə belə, Donbası tərk etməyəcəyik"

661 30.11.2025 19:11 Dünya A A

"Əmr verilsə belə, Ukrayna Silahlı Qüvvələri Donbası tərk etməyəcək".

Musavat.com xəbər verir ki, bu barədə "NBC News" Ukrayna Silahlı Qüvvələrinin Donbas istiqamətində döyüşən əsgərlərinə istinadla yazır.

Hərbçilər Trampın təklif etdiyi sülh planını faktiki kapitulyasiya adlandırırlar.

Onların sözlərinə görə, plan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini təhlükəyə atır və Donbasda qazandıqları mövqeləri itirməyə səbəb ola bilər.

Müharibə zonasında xidmət edən döyüşçülər həmçinin vurğulayırlar ki, ölkə üçün vacib olan yalnız hərbi uğurların qorunması deyil, həm də vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR