Rusiya Krım körpüsü ətrafında təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə artırıb.
Musavat.com xəbər verir ki, Google Maps platformasının yenilənmiş peyk görüntülərində Kerç boğazında yerləşən Krım körpüsünün ətrafında yaradılmış geniş müdafiə infrastrukturu görünür.
Yüksək keyfiyyətli görüntülərdə körpünü qorumaq üçün yerləşdirilmiş üzən mühafizə platformaları, dəniz maneə sistemləri, müxtəlif müdafiə qurğuları və hava hücumundan müdafiə mövqeləri diqqət çəkir. Mütəxəssislərin diqqətini çəkən əsas məqam müdafiə tədbirlərinin əvvəlki dövrlərlə müqayisədə daha geniş miqyas almasıdır.
Yeni peyk fotoları Krım körpüsünün həm dənizdən, həm də havadan mümkün hücumlara qarşı əlavə mühafizə sistemləri ilə əhatə olunduğunu göstərir.
Musavat.com






