Ukrayna KİV-də Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kondraşovka, Radkovka və Moskovka yaşayış məntəqələrini nəzarətə götürməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığı bildirilib.
Musavat.com xəbər verir ki, bu barədə Birləşmiş Qoşun Qruplaşmasındakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, sözügedən yaşayış məntəqələri üzərində nəzarətin dəyişməsi ilə bağlı yayılan xəbərlər reallığı əks etdirmir.
Qeyd olunub ki, hazırkı vəziyyətlə bağlı dəqiqləşdirmələr aparılır və rəsmi məlumatlar yalnız təsdiqləndikdən sonra açıqlanacaq. Mənbə əlavə edib ki, informasiya müharibəsi fonunda döyüş zonasından yayılan xəbərlərə ehtiyatla yanaşmaq lazımdır.
Musavat.com






