Ukrayna nümayəndə heyəti ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff ilə danışıqlar aparmaq üçün Floridaya yola düşüb.
Musavat.com xəbər verir ki, orada Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Xarici İşlər Nazirliyinin müavini Sergey Kislıtsa ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın qayını Cared Kuşnerlə görüşəcəklər.
Məlumata görə, Uitkoff gələn həftə Rusiyada keçiriləcək danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.
Musavat.com






