İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusu cənubda ciddi təzyiq altındadır-canlı qüvvə çatışmazlığı böhranı dərinləşir

595 02.01.2026 12:21 Dünya A A

ABŞ-ın CNN telekanalının təhlilinə görə, Ukrayna Silahlı Qüvvələri (VSU) ölkənin cənubunda artan hərbi təzyiqlə üz-üzə qalıb. Əsas səbəb kimi canlı qüvvə çatışmazlığı, eləcə də vahid komandanlığın olmaması göstərilir.

Musavat.com-un məlumatına görə mənbə yazır ki, digər cəbhə istiqamətlərinin müdafiəsinə üstünlük verilməsi ilə bağlı qərarlar vəziyyətin Zaporojye vilayəti və Dnepropetrovsk vilayəti ərazilərində pisləşməsinə töhfə verib. Cənub istiqamətində idarəetmənin parçalanmış olması və ehtiyat qüvvələrin gecikmiş və yetərsiz şəkildə cəlb edilməsi müdafiə xəttini zəiflədib.

CNN-in hərbi analitikləri qeyd edir ki, VSU canlı qüvvə çatışmazlığını pilotsuz uçuş aparatları (PUA) hesabına kompensasiya etməyə çalışır. Lakin sıx şəhər mühitində dronların effektivliyi azalır: irəliləyən qruplar zirzəmilərdə və tərk edilmiş binalarda sığınacaq taparaq zərbələrdən yayınırlar.

Xüsusilə Qulyaypol ətrafındakı vəziyyət CNN-in fikrincə, VSU üçün sistemli problemin göstəricisidir:
uzun cəbhə xətti, kadr çatışmazlığı və harada mövqe saxlamaq, harada isə yarılma riskini qəbul etmək kimi çətin seçimlərin zəruriliyi.

Təhlildə vurğulanır ki, cənub cəbhəsindəki mövcud gərginlik Ukrayna ordusunun resurslarını daha da gərginləşdirir və yaxın dövrdə prioritetlərin sərt şəkildə yenidən müəyyənləşdirilməsini qaçılmaz edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR