İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ordusundan Rusiyaya böyük dəniz zərbəsi: "Kölgə donanması"nın tankerləri və quru yük gəmisi vuruldu

1196 19.07.2026 13:26 Dünya A A

Ukrayna Silahlı Qüvvələri Qara dəniz akvatoriyasında Rusiya iqtisadiyyatına və loqistikasına ağır zərbələr vurmaqda davam edir.

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madyar" Brovdi iyulun 19-na keçən gecə keçirilən xüsusi əməliyyat zamanı Rusiyanın "kölgə donanması"na aid daha 4 gəminin uğurla vurulduğunu elan edib. Məlumata görə, sıradan çıxarılan dəniz nəqliyyat vasitələrindən 2-si neft tankeri, 1-i quru yük gəmisi (suhoqruz), 1-i isə üzən krandır.

Komandanın sözlərinə görə, təkcə iyulun 1-dən bəri Azov və Qara dəniz sularında Rusiyaya məxsus ümumilikdə 176 gəmi hədəfə alınıb.

Xatırladaq ki, Robert Brovdi iyulun 18-də də genişmiqyaslı hesabat yayaraq, Rusiyanın "kölgə donanması" ilə əlaqəli 13 gəminin (12-si Qara dənizdə, 1-i isə Azov dənizində) Ukrayna hərbçiləri tərəfindən zərərsizləşdirildiyini bildirmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR