7 iyul gecəsi Ukrayna dronları Azov dənizində Rusiyanın "kölgə donanması”na məxsus səkkiz tankeri vurub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, onlarla yanaşı daha bir yük daşıyan gəmi və bir bərə də zədələnib.
DSX-nin "Madyar" çağırış nişanı komandiri Robert Brovdi Azov dənizində Rusiya "kölgə donanması"nın itkiləri barədə məlumat verib.
Məlumata görə, zərbədə Ukraynanın Fire Point şirkətinin, ehtimal ki, FP-1 modeli olan dronlarından istifadə edilib.
Madyar iddia edir ki, gəmilər ciddi şəkildə zədələnib və alovlanıb.
Bildirilir ki, zərərin dəqiq miqyası hələ də məlum deyil. Onun sözlərinə görə, 120 kiloqrama qədər ağırlığında olan Fire Point dronlarının döyüş başlığı "açıq-aydın şəkildə əhəmiyyətli dağıntılara səbəb olmalı idi".
Musavat.com






