İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna savaşı bitmir - ya Putin hakimiyyətdan getməlidir, ya da...

887 24.12.2025 18:15 Siyasət A A

Xəbər verildiyi kimi, Rusiya-Ukrayna savaşı ilə əlaqədar ABŞ və Ukrayna arasında 20 bənddən ibarət sülh mətni razılaşdırılıb. Bu prosesdə Avropa İttifaqının mövqeyi də həlledici rol oynayıb. Bu bəndlər sırasında Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı hər hansı bir bənd yoxdur. Əsas prinsip işğal olunmuş ərazilərin Rusiyaya verilməməsidir. Bununla yanaşı, tərəflərin orduları hazırda dayandıqları mövqelərdə qalacaq. Rusiya Xarkov və Sumı istiqamətlərindən geri çəkilməlidir.

Yazarlar Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a deyib ki, sənəd ideal olmasa da, birbaşa müharibənin dayandırılmasına hesablanıb: "Donald Trampın irəli sürdüyü 28 bəndlik sülh planından sonra bu sənədin hazırlanması Avropa–Ukrayna tandeminin siyasi gücünü göstərir.

Buna baxmayaraq, Rusiyanın bu planı qəbul edəcəyi inandırıcı görünmür. Kreml daha çox Trampın 28 bəndlik sülh planının qəbulunda maraqlıdır. Rusiya prezidenti daha ciddi və birtərəfli güzəştlər tələb edir. Məhz bu səbəbdən müharibənin davam edəcəyi ehtimalı yüksəkdir.

Rusiya–Ukrayna müharibəsində tərəflərdən biri ciddi və sarsıdıcı məğlubiyyət yaşamadan danışıqların müsbət nəticə verməsi real görünmür. Ukrayna Rusiya ordusuna ağır zərbələr endirir və paralel olaraq hərbi potensialını davamlı şəkildə artırır. Bu şərtlər altında Rusiyanın Ukraynada tam qələbə qazanmaq şansları məhduddur.
Müharibənin real şəkildə dayandırılması yalnız iki halda mümkün görünür: ya Vladimir Putin siyasi hakimiyyətdən uzaqlaşdırılmalıdır, ya da ABŞ Ukraynaya uzunmənzilli və güclü ballistik raketlər verərək Rusiyanı hərbi baxımdan tam dayandırmalıdır.

Hazırda Vladimir Putin bu müharibəni siyasi münaqişədən çox şəxsi ədavət kimi qəbul edir. O, bu qarşıdurmada Volodimir Zelenskiyə uduzmaq istəmir və bu amil müharibənin uzanmasında əsas psixoloji faktorlardan birinə çevrilib".

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR