İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Tuapse limanı və neft emalı zavodunu VURDU

669 31.12.2025 09:50 Hadisə A A

Ukrayna ötən gecə Tuapse limanına zərbə endirib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, dron hücumu nəticəsində liman körpülərindən biri, neft emalı zavodundakı avadanlıqlar zədələnib, 2 nəfər yaralanıb.

Bildirilir ki, neft emalı zavodunda 300 kvadratmetrlik ərazidə yanğın baş verib, yanğın söndürülüb. Əməliyyat qrupunun məlumatına görə, körpüdəki yanğın da tez bir zamanda söndürülüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin əməkdaşları da daxil olmaqla 64 nəfər və 16 texnika zərbənin nəticələrinin aradan qaldırılmasına cəlb olunub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR