İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna XİN-dən Lavrova sərt sözlər: “Adi yalançını da geridə qoyub”

691 30.12.2025 19:17 Siyasət A A

Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislitsa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamalarına kəskin reaksiya verib.

Musavat.com xəbər verir ki, Kislitsa sosial şəbəkə hesabında Lavrovu “bullshitter” adlandıraraq onun artıq adi yalançı səviyyəsini də keçdiyini bildirib. Ukraynalı diplomatın sözlərinə görə, yalançı həqiqəti bildiyi halda onu gizlətməyə çalışır, lakin “bullshitter” üçün həqiqətin heç bir əhəmiyyəti yoxdur – əsas məqsəd söylənilən sözlərin yaratdığı effektdir.

“Əgər siz hələ də Lavrovun dediklərinə diqqət yetirirsinizsə, bunu nəzərə alın: o, adi yalançının da sərhədlərini aşıb. Dünən ictimaiyyətə növbəti ‘lavrovsayağı cəfəngiyyat’ təqdim olundu”, – deyə Kislitsa yazıb.

Xatırladaq ki, bir gün əvvəl Sergey Lavrov Ukraynanın guya Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum etdiyini iddia etmişdi. Ukrayna tərəfi bu bəyanatı tamamilə uydurma və təxribat xarakterli adlandırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR