İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada qanlı gecə: 5 vilayət eyni vaxtda atəşə tutuldu, uşaqlar daxil olmaqla 7 ölü var

866 22.06.2026 11:58 Dünya A A

Ukraynanın müxtəlif vilayətlərinə raket, pilotsuz uçuş aparatları (PUA) və artilleriya ilə edilən kütləvi hücumlar nəticəsində aralarında uşaqların da olduğu 7 nəfər həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Musavat.com xəbər verir ki, Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov dronun Znob-Novqorodsk icmasında yaşayış binasına çırpılması nəticəsində bir ailənin 3 üzvünün – 36 yaşlı kişinin, onun 13 yaşlı oğlunun və 73 yaşlı qadının öldüyünü bildirib. Dağıntılar altından xəsarətlə çıxarılan 10 yaşlı oğlan, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən 13 yaşlı qız və onun 31 yaşlı anasının müalicəsi davam etdirilir.

Digər tərəfdən, Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Rusiyanın "İskəndər" ballistik raketi ilə kənd təsərrüfatı müəssisəsinə endirdiyi zərbə nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb. Hücum zamanı anbarlar dağılıb, yanacaq çənləri alışıb. Həmçinin Qara dəniz akvatoriyasında Panama, Palau və Beliz bayraqları altında üzən üç mülki gəmi PUA hücumuna məruz qalıb; Panama gəmisində baş verən yanğında Misir vətəndaşı olan heyət üzvü həlak olub.

Dnepropetrovsk vilayətinə təşkil edilən 20-yə yaxın artilleriya və dron hücumu nəticəsində Nikopol və Pavloqradda 2 mülki şəxs yaralanıb, çoxlu sayda ev və mağaza zədələnib. Zaporojyedə PUA-ların fərdi yaşayış evlərini dağıtması nəticəsində 1 qadın ölüb, aralarında 11 yaşlı uşağın da olduğu 4 nəfər xəsarət alıb. Xerson vilayətində isə kritik infrastruktur və sosial obyektlərin hədəf alınması nəticəsində 1 nəfər dünyasını dəyişib, bir fərdi təsərrüfat isə tamamilə məhv edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR