Ukraynanın müdafiə və xüsusi xidmətlər sistemində böyük nüfuza malik olan xalq deputatı Roman Kostenko qalmaqallı açıqlama ilə çıxış edib.
Musavat.com-un məlumatına görə, Kostenko bəyan edib ki, hazırkı mərhələdə Prezident Vladimir Zelenski Ukraynanın müqavimətinin əsas simvollarından birinə çevrilib. Onun sözlərinə görə, ölkə müharibədə qələbə qazandığı halda Zelenskinin liderliyi “tarixi miqyasda qiymətləndiriləcək”.
Deputat bildirib ki, məhz buna görə də qələbə əldə olunacağı təqdirdə ölkənin bütün meydanlarında Zelenskiyə abidələrin qoyulması təklif edilə bilər:
“Bu liderlik uzun illər xatırlanacaq və Ukraynanın simvolik yaddaşında xüsusi yer tutacaq”.
Musavat.com






