Musavat.com xəbər verir ki, Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Floridada ABŞ nümayəndələri ilə keçirilən danışıqlar barədə açıqlama yayıb. O, görüşü “çətin, lakin məhsuldar və uğurlu” adlandırıb, lakin detalları açıqlamayıb.
Umerov bildirib ki, tərəflər “ədalətli sülh yolunda nəzərəçarpan irəliləyiş” əldə ediblər:
“Floridada mürəkkəb, amma məhsuldar danışıqlar sessiyasını başa vurduq. Ədalətli sülhün bərqərar olması istiqamətində hiss olunan tərəqqimiz var”.
O, Vaşinqtonun mövqeyinə və prosesdəki roluna xüsusi qiymət verib:
“ABŞ-a güclü dəstəyə və ümumi nəticəyə real maraq göstərməsinə görə minnətdarıq. Görüş məzmunlu və uğurlu keçdi”.
Umerov əlavə edib ki, proses hələ başa çatmayıb və qarşıda çox iş dayanır:
“Hələ görüləsi çox iş var — Ukraynada sülh naminə məsləhətləşmələri və növbəti addımların razılaşdırılmasını davam etdiririk”.
Musavat.com






