KANAL D-də bazar ertəsi axşamları yayımlanan “Uzak şehir” serialının yeni mövsümdə yayım tarixi bəlli olub.
Musavat.com xəbər verir ki, çəkilişləri öncə İstanbulda, daha sonra Mardində davam edəcək serialın sentyabrın ikinci həftəsi yayımlanması nəzərdə tutulub. Bu isə sentyabrın 8-ə təsadüf edir.
Qeyd edək ki, ekran işinin baş rollarını Sinem Ünsalla Ozan Akbaba canlandırır. Serial 28-ci bölümdə sezon finalına çıxmşdı.
Könül
Musavat.com






