İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kir, sən Ukraynada hər zaman arzuolunan qonaqsan" – Zelenski Starmerə səsləndi

822 22.06.2026 16:11 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi "X" (keçmiş Twitter) hesabında Böyük Britaniyanın baş naziri Kir Starmerin istefa bəyanatına reaksiya verərək, ona göstərdiyi kəskin dəstəyə və sıx əməkdaşlığa görə xüsusi minnətdarlığını bildirib.

Musavat.com xəbər verir ki, Ukrayna lideri britaniyalı həmkarına ünvanladığı müraciətdə iki ölkə arasında qurulan tərəfdaşlığın Avropanın təhlükəsizliyində oynadığı mühüm rolu önə çıxarıb. Zelenski qeyd edib: "Kir, göstərdiyiniz bütün əməkdaşlığa, dəstəyə və bizim Avropamızı, eləcə də insanların həyatını qorumaq sistemimizi daha da gücləndirən birgə qərarlarımıza görə sizə dərin təşəkkürümü bildirirəm. Birləşmiş Krallıq hər zaman dünya liderlərindən biri olub və bu statusunu qoruyub saxlayacaq".

Dövlət başçısı Ukrayna xalqının və rəhbərliyinin Böyük Britaniya ilə münasibətlərə müstəsna dəyər verdiyini, Starmerlə keçirilən hər bir ikitərəfli görüşün və telefon danışığının real məzmunla zəngin olduğunu vurğulayıb. Britaniya rəhbərinin hər zaman proseslərdə fəal iştirak etdiyini və Ukraynaya lazımi köməkliyi göstərməyə çalışdığını qeyd edən Zelenski çıxışını bu sözlərlə tamamlayıb: "Birləşmiş Krallığa və bütün britaniyalı xalqa milli hədəflərinə çatmaq yolunda böyük uğurlar arzulayıram. Biz Britaniyaya inanırıq. Kir, sən Ukraynada hər zaman çox sevilən və arzuolunan bir qonaqsan".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR