“Uzak şehir” serialında “Demir Baybars” obrazını canlandıran aktyor Ferit Kaya bu dəfə rolu ilə deyil, Parisdən etdiyi paylaşımla gündəmə gəlib.
Musavat.com xəbər verir ki, aktyor Avropada tualet duşunun olmamasına yumorla etiraz edib.
Parisdən paylaşdığı videoda Kaya deyib:
“Bu Paris, bu Avropa - hər şey gözəldir… Amma tualet duşu məsələsini artıq həll edin. Heç olmasa hotellərdə quraşdırın. İstəməyən yumasın, istəyən yusun. Buradan avropalılara səslənirəm: xahiş edirəm, heç olmasa hotellərin tualetlərinə duş qoydurun”.
Ferit Kayanın bu çıxışı qısa müddətdə sosial şəbəkələrdə maraq doğurub.
Musavat.com






