Moskva vilayətində dron təhlükəsi elan edilib. APA-nın Rusiya bürosu xəbər verir ki, sakinlərə evdə qalmaları və pəncərəyə yaxınlaşmamaları tövsiyə olunub.
"Moskva vilayəti ərazisində dron təhlükəsi elan edilib. Evdə qalın və pəncərələrdən qaçın və ya sığınacaq axtarın. Çöldə və ya nəqliyyat vasitəsindəsinizsə, yeraltı keçiddə və ya dayanacaqda sığının. Mobil internet xidməti kəsilə bilər. PUA-ların və hava hücumundan müdafiə sistemlərinin çəkilişləri qadağandır. Ayıq və ehtiyatlı olun!", - deyə fövqəladə halların xəbərdarlığı üzrə vahid dövlət sisteminin əhaliyə göndərdiyi bildirişdə qeyd olunub.
Ukrayna hərbi qüvvələri Rusiyanın daxili yanacaq bazarını iflic etmək məqsədilə növbəti strateji əməliyyatını həyata keçirib. Ukraynaya məxsus zərbə dronları Rusiya Federasiyasının Nijni Novqorod vilayətində yerləşən və ölkənin ən iri neft nəhənglərindən biri sayılan "Lukoyl" şirkətinə məxsus neft emalı zavoduna kütləvi hücum təşkil edib.
Musavat.com xəbər verir ki, yerli və beynəlxalq monitorinq resurslarının yaydığı təcili məlumata görə, hücum Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən strateji hərbi-iqtisadi obyektə yönəlib. Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hədəfi birbaşa Rusiyanın neft sənayesində mühüm çəkiyə malik olan "Lukoyl-Nijeqorodnefteorqsintel" zavodu olub.
Şahidlərin verdiyi məlumata görə, dronların dəqiq zərbələrindən dərhal sonra nəhəng müəssisənin istehsalat sahələrindən birində güclü partlayış baş verib və zavodu genişmiqyaslı alov qatı bürüyüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və xüsusi texnika cəlb olunsa da, neft məhsullarının yanması səbəbindən alovun lokallaşdırılması istiqamətində ciddi çətinliklər yaranıb. Hərbi və iqtisadi ekspertlər bu son zərbəni Rusiyada onsuz da kəskin şəkildə yaşanan benzin və dizel qıtlığını daha da dərinləşdirəcək, daxili bazarda qiymətlərin rekord səviyyədə artmasına təkan verəcək növbəti sarsıdıcı itki kimi qiymətləndirirlər.
Zaporojye istiqamətində Rusiya hərbi qüvvələrinin növbəti hava hücumu nəticəsində güclü partlayışlar qeydə alınıb. Hücum nəticəsində şəhərin mühüm mülki və logistik infrastrukturuna ciddi ziyan dəyib.
Musavat.com xəbər verir ki, Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov şəhərdə baş verən dağıntılar və yaranan vəziyyət barədə rəsmi məlumat yayıb. Vilayət rəhbəri yerli sakinlərin təşvişinə səbəb olan və şəhərin müxtəlif yerlərindən aydın görünən qatı tüstü buludunun birbaşa Zaporojyeyə edilən düşmən hücumu ilə bağlı olduğunu təsdiqləyib.
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Qabil Hüseynli ilə müzakirə edir.






