İnsanlara hürriyət, millətlərə istiqlal!

Valeri Meladzeyə konsert qadağası qoyuldu

825 16.12.2025 03:12 Şou-biznes A A

Qırğızıstan hakimiyyəti müğənni Valeri Meladzenin ölkədə konsert verməsinə icazə verməyib.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı prodüser Pavel Rudçenko mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, qərar Qırğızıstanın Rusiya ilə münasibətlərdə əlavə siyasi gərginlik yaratmaq istəməməsi ilə bağlıdır.

Prodüser qeyd edib ki, rəsmi Bişkek ictimai tədbirlər zamanı səhnədən mümkün siyasi bəyanatların səslənməsindən çəkinir:

“Bəzi ölkələr Rusiya ilə münasibətlərin kəskinləşməsini istəmir. Səhnədən siyasi mövqe sərgiləyə biləcək ifaçılarla işləməkdən qaçırlar ki, bu da vəziyyəti daha da gərginləşdirə bilər”, — deyə Rudçenko bildirib.

Onun sözlərinə görə, region ölkələri üçün dövlətlərarası sabitlik ayrı-ayrı sənətçilərin konsert fəaliyyətindən daha üstün tutulur.

Qeyd edək ki, Valeri Meladze 2022-ci ildən sonra Rusiyada konsert fəaliyyətini dayandırıb. 2023-cü ildə Dubayda yayılan video görüntülərdən sonra isə onun adı siyasi baxımdan “riskli fiqur” kimi hallandırılmağa başlayıb. Bu amilin də Qırğızıstanın qərarına təsir göstərdiyi bildirilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR