İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlər razılıq verdi: uşağa evtanaziya edildi

934 25.06.2026 02:06 Dünya A A

Niderlandda qanunvericiliyə edilən dəyişiklikdən sonra ilk dəfə 12 yaşdan kiçik bir uşağa evtanaziya proseduru həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Niderlandın səhiyyə naziri Sofi Hermans məlumat verib.

Nazirin sözlərinə görə, sağalmaz xəstəlikdən əziyyət çəkən və vəziyyəti ağır olan uşağa valideynlərinin rəsmi razılığı əsasında evtanaziya tətbiq olunub.

Niderlandda 2024-cü ildən etibarən 1 yaşdan 12 yaşadək sağalmaz xəstə uşaqlar üçün evtanaziyaya icazə verilir. Qanuna əsasən, bu qərar yalnız sağalma ümidi olmayan və dözülməz əzab çəkən uşaqlara şamil edilir.

Qeyd edək ki, bundan əvvəl ölkədə belə imkan yalnız 1 yaşdan kiçik körpələr və 12 yaşdan yuxarı yeniyetmələr üçün mövcud idi.

Rəsmilər hesab edir ki, bu cür hallar ildə beş dəfədən artıq baş verməyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR