İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton Avropaya açıq hücum etdi: “Keçmişiniz sizi bu günün axmaqlıqlarından xilas etmir”

540 08.01.2026 16:20 Dünya A A

ABŞ-ın vitse-prezidenti Avropa ölkələrinə ünvanladığı çıxışında son dərəcə sərt və istehzalı ifadələrlə diqqət çəkib.

Musavat.com xəbər verir ki, J.D. Vens Avropanın keçmişdəki xidmətlərinin bu gün yol verilən səhvlər üçün “toxunulmazlıq” yaratmadığını bildirib.

Vens Avropa liderlərinin daim tarixi nailiyyətlərə sığındığını açıq şəkildə tənqid edib: “Onlar deyirlər ki, biz İkinci Dünya müharibəsində birgə vuruşmuşuq, terrorizmə qarşı birlikdə mübarizə aparmışıq. Biz buna görə minnətdarıq. Amma 25 il əvvəl ağıllı bir iş görmüsünüzsə, bu, bu gün axmaq addım ata bilməyəcəyiniz demək deyil".

ABŞ vitse-prezidenti çıxışı zamanı qalmaqallı və istehzalı bir fikir də səsləndirib: “Kokaini sevənlərin hamısı üçün üzgünəm, amma ABŞ prezidenti kokaini sevmir.”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR