ABŞ dövlət katibi Marko Rubio Budapeştdə çıxışı zamanı Vaşinqtonun İranla diplomatik razılaşmaya nail olmaq istədiyini, lakin bunun real perspektivlərinə ciddi şübhə ilə yanaşdığını bildirib.
Musavat.com xəbər verir ki, ABŞ rəsmisi Tehranla anlaşmanın son dərəcə mürəkkəb olduğunu açıq şəkildə etiraf edib.
Rubionun sözlərinə görə, ABŞ diplomatiyanı əsas yol hesab edir, lakin uğura tam inanmır:
“İranla razılaşma əldə etmək çətindir. Biz həmişə demişik ki, bu çətindir, amma yenə də cəhd edəcəyik”.
Musavat.com






