Venesuela ordusu ABŞ tərəfindən mümkün hərbi müdaxilə ehtimalına qarşı ölkənin müdafiə ssenarilərini əhatə edən yeni təlim videosu yayımlayıb.
Musavat.com xəbər verir ki, kadrlarda ordu bölmələrinin müxtəlif hücum istiqamətlərinə qarşı mobil qruplar vasitəsilə müdafiə xətti qurduğu görünür.
Təlimlərdə:
RPG qumbaraatanları, ağır pulemyotlar, haubitsa artilleriyası kimi silahlardan istifadə edilir. Ssenarilər əsasən şəhər və dağlıq ərazilərin müdafiəsini, habelə hərbi kolonlara qarşı sürətli zərbə-taktikalarını nəzərdə tutur.
Venesuela Müdafiə Nazirliyi bildirir ki, bu təlimlər ABŞ tərəfindən artan təzyiqlər və Vaşinqtonun son bəyanatları fonunda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Regionda gərginlik artmaqda davam edir.
Musavat.com






