İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela Vaşinqtona ultimatum verdi: “Hava məkanımıza toxunmayın”

543 30.11.2025 14:36 Dünya A A

Venesuela hökuməti ABŞ-a rəsmi şəkildə müraciət edərək ölkənin hava məkanına qeyd-şərtsiz və tam hörmət göstərilməsini tələb edib.

Musavat.com xəbər verir ki, bəyanat hökumətin rəsmi saytında dərc olunub.

Sənəddə vurğulanır ki, Venesuela hava məkanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) müəyyən etdiyi normalarla qorunur və bu sərhədlərin pozulması ölkənin suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndiriləcək.

Rəsmi Karakas bildirir ki, hava məkanının toxunulmazlığı Venesuela dövlətçiliyinin ayrılmaz hissəsidir və ABŞ daxil olmaqla heç bir ölkənin bunu şübhə altına almağa haqqı yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR