İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitkoff Qətərlə İsrailin gizli görüşünü təşkil edir

510 08.12.2025 02:09 Dünya A A

ABŞ Prezidentinin elçisi Stiven Vitkoff  Nyu-Yorkda İsrail və Qətər nümayəndələri arasında gizli görüş keçirəcək.

Musavat.com xəbər verir ki, məlumatı Axios portalı yayıb. Bildirilir ki, görüşdə məqsəd  iki ölkə arasında münasibətləri normallaşdırmaqdır. Portalın məlumatına görə, İsrail nümayəndə heyətinə Mossad rəhbəri David Barnea, Qətəri isə yüksək vəzifəli bir məmur təmsil edəcək.

Axios vurğulayır ki, Nyu-Yorkdakı görüşdə Qəzza zolağındakı vəziyyət və HƏMAS hərəkatının tərksilah edilməsi müzakirə olunacaq.

İsrailin Baş naziri Benyamin Netanyahu əvvəllər Doha ilə məsləhətləşmələr zamanı Müsəlman Qardaşları təşkilatına dəstəyi, eləcə də Qətərin Əl-Cəzirə televiziya kanalının İsrailə qarşı redaksiya düşmənçiliyi kimi məsələləri qaldırmağı planlaşdırdığını bildirmişdi. O, həmçinin Qətərin ABŞ universitetlərində antisemit əhval-ruhiyyəni qızışdırması iddialarını müzakirə etmək niyyətində idi.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR