İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda şadlıq sarayının fəaliyyəti dayandırılıb

988 10.03.2026 19:28 Gündəm A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Xaçmaz şəhərində yerləşən "Elmin" şadlıq sarayının fəaliyyətini dayandırıb.

Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.

Bildirilib ki, şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq sözügedən şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR