İranın ali dini lideri Ayətullah Əli Xameneyi ölkədə baş verən iğtişaşlara görə ABŞ prezidenti Donald Trampı məsuliyyət daşıyan şəxs kimi göstərib.
Musavat.com xəbər verir ki, Xameneyi Trampı İran xalqına qarşı törədilən itkilər, maddi ziyan və “iftira kampaniyası”na görə günahlandırıb.
Onun sözlərinə görə, baş verən hadisələrin əsas fərqləndirici cəhəti ABŞ prezidentinin birbaşa prosesə müdaxilə etməsi olub. Xameneyi bildirib ki, Tramp açıq şəkildə iğtişaş törədənləri təşviq edib və bu da vəziyyətin daha da gərginləşməsinə səbəb olub.
“Biz ABŞ prezidentini İran xalqına qarşı törədilən qurbanlara, ziyana və böhtanlara görə günahkar hesab edirik. Bu üsyanın özəlliyi ondadır ki, ABŞ prezidenti şəxsən müdaxilə edib və qiyamçıları ruhlandırıb”, – deyə Xameneyi vurğulayıb.
Musavat.com






