İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xanımıma o qədər əziyyət vermişəm ki..."

5816 27.10.2025 23:08 Şou-biznes A A

"Mən öləndən sonra heç kim mənə yas saxlamasın, qəbirüstümə gəlməsin. Kim məni istəyirsə, oturub Allaha dua etsin ki, onun günahını bağışla, iki rükət də namaz qılsın".

Bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "Rəngarəng" verilişində deyib. İfaçı vəsiyyətini açıqlayıb. O bildirib ki, yasına və dəfn mərasiminə insanların gəlməsini istəmir.

Meyxanaçı xanımından da danışıb: "Birinci mən dünyamı dəyişim. Xanıma o qədər əziyyət vermişik ki... O qədər əziyyətimizi çəkib, hörmətimizi saxlayıb ki... Mən ölüm, xanım yaşasın. Ölüm mənim üçün xoşbəxtlikdir. Xoşbəxt olmaq istəyirsənsə, ölməlisən. Xoşbəxt olmaq istəyirsənsə, birinci addım ölümdür". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR