İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici siyasətin qoca şahini Ukraynaya çağırış etdi: çağırış yaşını 18-ə endirin

1976 15.12.2025 21:13 Dünya A A

ABŞ-ın keçmiş Milli Təhlükəsizlik Müşaviri Con Bolton Ukraynada davam edən müharibə fonunda kadr çatışmazlığının aradan qaldırılması üçün hərbi çağırış yaşının 25-dən 18-ə endirilməsinin vacibliyini bəyan edib.

Musavat.com xəbər verir ki, boltonun sözlərinə görə, uzunmüddətli və intensiv hərbi əməliyyatlar Ukrayna ordusunun canlı qüvvə ehtiyatlarını ciddi şəkildə zəiflədir. Bu şəraitdə rəsmi Kiyev daha geniş insan resurslarını səfərbər etməyə məcbur qala bilər.

“Ukrayna davam edən müharibə fonunda ordu çatışmazlığını aradan qaldırmaq üçün çağırış yaşını 25-dən 18-ə endirməlidir”, – deyə Bolton vurğulayıb.

Keçmiş müşavir qeyd edib ki, belə bir addım siyasi və sosial baxımdan həssas olsa da, müharibənin gedişi və cəbhədəki real vəziyyət Ukrayna rəhbərliyini çətin, lakin qaçılmaz qərarlar qarşısında qoyur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR