İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə nəhəng qara ləkə: Azərbaycan və Qazaxıstan... - Foto

6826 17.08.2025 02:50 Siyasət A A

Xəzər dənizində sahəsi 82 kvadratkilometr olan şlak peyda olub.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə ekoloji təşkilatlara dəstək verən "Şəffaf Dünya" layihəsinin iştirakçıları Teleqram kanalında məlumat yayıblar.

Paylaşımda qeyd olunub ki, ləkə saat 05:43-də "Sentinel-1A" radar görüntüsündə müşahidə olunub. Onun ya neftdən, ya da balıqçılıq tullantılarından ibarət ola biləcəyi bildirilir. Ləkənin dəqiq sahəsi 82,5 kv. km-dir. O, Kurık Limanı – Bakı gəmiçilik xətti boyunca uzanaraq Azərbaycan və Qazaxıstan sektorlarını əhatə edir..

“Bu, artıq su üzərində təsadüfi çirkli zolaq deyil, Xəzər dənizinin xəritəsində bütöv bir qara ləkədir”, - "Şəffaf Dünya" bildirib.

Layihə iştirakçıları narahatdırlar ki, bu cür emissiyalar davam edərsə, dəniz sadəcə olaraq buna tab gətirməyəcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR