İnsanlara hürriyət, millətlərə istiqlal!

Xristian təşkilatından anti-Azərbaycan demarşı - bir bu qalmışdı...

990 18.12.2025 10:56 Gündəm A A

Qondarma rejimin “ölməsi” ilə barışmayan qüvvələr mövcuddur; sabiq nazir hesab edir ki, Paşinyan tarixi qərara imza atmalıdır

Özünü insan haqları təşkilatı sayan Beynəlxalq Xristian Həmrəyliyi adlı qurum İrəvanda “artsax” nümayəndəliyində aparılan axtarışlarla bağlı bəyanat yayıb. 

“Artsax parlamenti insanların öz vətənlərinə qayıtmaq kimi beynəlxalq səviyyədə tanınmış hüququnu müzakirə etmək üçün çağırdığı iclasdan sonra 11 dekabrda İrəvanda "artsax respublikası"nın daimi nümayəndəliyinə polis basqını ilə bağlı dərin narahatlıq keçirir, Ermənistan hakimiyyətini dinc toplaşmaq hüququnu qorumağa və “artsax” xalqının institutlarına siyasi təzyiq göstərmək üçün hüquq-mühafizə orqanlarından istifadə etməkdən çəkinməyə çağırı", - sayıqlamalarla dolu bəyanatda deyilir.

Göründüyü kimi, Beynəlxalq Xristian Həmrəyliyi təşkilatı Qarabağdan könüllü köçüb getmiş ermənilərin məsələsini bitməyə qoymur və hər şeyi yenidən alovlandırır. 

Qeyd edək ki, bundan əvvəl keçmiş “artsax müdafiə ordusu”nun komandiri, hərbi cani Samvel Babayan Ermənistan hakimiyyətini tənqid edən açıqlamasında Qarabağ məsələsinin guya “bağlanmadığını” iddia edib. O, erməni cəmiyyətini yeni qarşıdurma psixologiyasına sürükləməyə çalışan fikirlər səsləndirib. Azərbaycanın ərazi bütövlüyü və regionda formalaşmış yeni siyasi reallıqları faktiki olaraq inkar edib, Qarabağdan köç etmiş ermənilərin geri qayıdışı mövzusunu təzədən siyasi manipulyasiya alətinə çevirib.

Bundan əlavə, Avropa Birliyi ilə Ermənistan arasında imzalanan “Tərəfdaşıq gündəliyi” adlanan sənəddə Azərbaycan erməniləri Qarabağdan “didərgin” salmaqda ittiham edilir. İndi də Beynəlxalq Xristian Həmrəyliyi təşkilatı çağırış edir. Niyə? Bunların dərdi, məqsədi nədir?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında qondarma rejimin ölməsi ilə bu təşkilatın hələ də barışmadığını qeyd etdi: “Bunların dərdi regionda qarşıdurma yaratmaq, suyu bulandırmaqdır. Axı bulanıq suda balıq tutmaq çox asan olur. Su durulduqda balıq yaranan təhlükəni görür və bu səbəbdən onu tutmaq mümkün olmur. Bax, budur bunların canfəşanlığının fəlsəfəsi. İndi Cənubi Qafqazda Ermənistan və Azərbaycanın birgə səyləri ilə sülh yetişir, yəni regionda sular durulur. Bu yaramazlar isə duru suda balıq tuta bilmirlər, odur ki, hər vəchlə yenidən suyu bulandırmağa çalışırlar. Bunların "artsax" deyib hürməkdə ali məqsədləri Ermənistanda qarşıdurma yaratmaq, bu ölkənin gerçək müstəqilliyi uğrunda çalışan Nikol Paşinyanı hakimiyyətdən devirməkdir. Anlamaq istəmirlər ki, “artsax” ölüb, onun qırxı da, ili də çoxdan çıxıb və bu səbəbdən həmin ölünü diriltmək qədər sərsəm olmağa dəyməz. Ancaq bunlar sərsəmləməkdə davam edirlər. 

Hesab edirəm ki, Ermənistan baş naziri Nikol Paşinyan yeni tarixi bir qərara imza atmalıdır. O, ölkəsində “artsax” deyib Ermənistanın sülh toplumunun əsəbləri ilə oynayan Köçəryan, Sərkisyan, Babayan kimi caniləri bir gecədə yığıb Azərbaycana təhvil verməlidir. Bununla Paşinyan artsax deyib şüvən salanların tabutuna son mismarı vurmuş olar. Əgər Paşinyan bu addımı atarsa, ölkəsini gələcək təhlükələrdən xilas etmiş olar və həm də Azərbaycanla yaratmaq istədiyi sülhə nə qədər sədaqətli olduğunu sübut edər. Bu isə Azərbaycan və Türkiyə ilə münasibətlərin sabahı üçün olduqca önəmlidir".

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva sifarişin erməni lobbisindən gəldiyini düşünür: “Beynəlxalq Xristian Həmrəyliyi təşkilatı kimi qurumlar hər zaman böyük dövlətlər üçün "maşa" rolunu oynayıb. Həmin dövlətlərin “ianələri” ilə “ayaqda durmağa” çalışıb. Əslində heç bir beynəlxalq çəkiyə malik deyil. Digər tərəfdən, Fransadakı və ABŞ-dəki erməni lobbisinin maliyyə dəstəyinə möhtac bir “qurum”dur. Görünür, sifariş yenə də erməni lobbisindən gəlib. Hətta bəzi qaynaqlarda rus kəşfiyyatının da bu qurumla sıx əlaqədə olduğu iddia edilir. Bir sözlə, gerçəklik başqadır. Qarabağdan ermənilər könüllü gediblər. Üstəlik, Beynəlxalq Xristian Həmrəyliyi təşkilatı kimi qurumları heç Ermənistanda da ciddi qəbul etmirlər. Vaxtilə radikal milliyyətçilərin “ilham mənbəyi” olan bu cür qurumlar indi “separatçı qalıqların ümidinə” qalıb. Qarabağ və oraya ermənilərin qayıdışı ilə bağlı dəftər çoxdan qapanıb və tarixin tozlu zibilliyinə gömülüb. Beynəlxalq Xristian Həmrəyliyi təşkilatının “bəyanatları” isə heç nəyi dəyişməyəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR