İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanğına bir neçə saat qalmış çəkdirdikləri şəkli paylaşdı

1362 29.11.2025 22:57 Ölkə A A

“Dünyanın tərsinə çevrilməsindən bir neçə saat əvvəlki son şəkilimiz. Bu gün isə məzarın başında idim".

Musavat.com xəbər verir ki, bu sözləri noyabrın 21-də Yasamalda baş verən yanğında həlak olan Samir Məmmədovun həyat yoldaşı Marta Ramazanova öz “Facebook” hesabında yazıb.

O, həyat yoldaşının ölümündə günahı olanlara səslənib: "Daha neçə tapdalanmış həyata ehtiyacınız var ki, doyasınız?

Bu ölümlərin günahkarı sizsiniz və bunu çox yaxşı bilirsiniz",- deyə o bildirib.

Xatırladaq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı 3 nəfər həlak olub, 27 nəfər isə tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR