Çinin paytaxtı Pekində yerləşən muzeylərin birində gözlənilməz insident baş verib.
Musavat.com xəbər verir ki, muzeyi ziyarət edən azyaşlı uşaq təsadüfən şüşə kubu itələyib və üzərində sərgilənən 2 kiloqram çəkisi olan qızıl tac yerə düşərək zədələnib. İlkin qiymətləndirmələrə görə, eksponatın dəyəri 535.000 manat olub.
Hadisədən sonra qızıl məmulat ekspertizaya göndərilib. Məlum olub ki, söhbət feniks formalı qızıl tacdan gedir. Bu unikal zinət əşyası Çjan Kayiyə məxsusdur. Tac tamamilə saf qızıldan hazırlanıb və onun həyat yoldaşı, rəssam Çjan Yudun tərəfindən toy hədiyyəsi kimi düzəldilib.
Çjan Kayi mediaya açıqlamasında bildirib ki, uşağın ailəsindən kompensasiya tələb etməyi düşünmür və hadisəni ictimailəşdirmək niyyətində deyil. Onun sözlərinə görə, əsas məqsəd ədalətli qərarın verilməsi və gələcəkdə bu cür hadisələrin təkrarlanmaması üçün tədbirlərin görülməsidir.
Musavat.com






