İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaroslavlda Navalnının xatirəsini yad edən vəkil həbs edilib

626 18.02.2026 23:59 Dünya A A

Yaroslavlın Kirovski rayon məhkəməsi icazəsiz mitinq təşkil etdiyinə görə bir vəkili beş gün müddətinə həbs edib. O, yalnız abidəyə gül qoymuşdu.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, vəkil Andrey Akimov Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi ilə günahkar bilinib. Məhkəmə ona beş günlük inzibati həbs cəzası verib.

“Rassvet” partiyası bildirir ki, 16 fevralda həmin şəxs siyasi repressiya qurbanlarının abidəsinə gələrək gül qoyub. Onun üzərində heç bir plakat olmayıb və o, şüarlar səsləndirməyib, insanlara müraciət etməyib.

Polis Akimova qarşı tibbi müayinədən (sərxoş olub-olmadığına dair) imtina etdiyinə görə Rusiya İnzibati Xətalar Məcəlləsinin 12.26-cı maddəsi ilə başqa bir ittiham da irəli sürüb. Vəkil abidənin önünə avtomobillə və ya digər nəqliyyat vasitəsi olmadan, piyada gəlib.

OVD-Info-nun məlumatına görə, Rusiyada Aleksey Navalnının anım tədbirləri zamanı 19 nəfər saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR