İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə müharibə alovlanır – ABŞ-ın raketləri İranın telekommunikasiya qülləsini vurdu

2182 27.06.2026 08:58 Dünya A A

İslam İnqilabı Keşikçiləri Korpusu  ABŞ Silahlı Qüvvələrinin İranın cənubunda yerləşən strateji əhəmiyyətli Sirik liman şəhərinə qarşı təşkil etdiyi hərbi hücum cəhdinin qarşısının İon hərbi birləşmələri tərəfindən qətiyyətlə alındığını bəyan edib.

Musavat.com xəbər verir ki, baş verən irimiqyaslı insidentdən dərhal sonra rəsmi Tehran Vaşinqtona ən sərt tonda xəbərdarlıq ünvanlayıb. KSİR rəhbərliyinin yaydığı rəsmi bəyanatda qeyd olunur ki, ABŞ-ın bu birbaşa hərbi təcavüzü qətiyyən cavabsız qalmayacaq: "Bu hücumun nəticələri Amerika tərəfi üçün ağır olacaq. İrana qarşı atılan bu addım cavabsız buraxılmayacaq, rəsmi Tehranın endirəcəyi əks-hərbi zərbə olduqca sürətli, qətiyyətli və həlledici xarakter daşıyacaq".

Hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda İran Dövlət Teleradiosu da hadisə yerindən son məlumatları təqdim edib. Dövlət televiziyasının ölkənin xüsusi xidmət orqanlarındakı mötəbər və məlumatlı mənbəyə istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı hərbi hədəflərdən yayınan iki döyüş mərmisi Sirik şəhəri yaxınlığında yerləşən əsas strateji telekommunikasiya qülləsinə isabət edib. Zərbə nəticəsində rabitə infrastrukturuna ciddi ziyan dəydiyi bildirilir. Beynəlxalq analitiklər bu birbaşa hərbi toqquşmanı regionu böyük bir müharibə alovuna sürükləyə biləcək ən təhlükəli eskalasiya mərhələsi kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR