İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni seçilmiş Xalq Partiyasının sədri Ədalət Vəliyevlə görüşdü

1690 22.01.2026 16:30 Siyasət A A

Azərbaycan Xalq Partiyasının yeni seçilmiş sədri Qiyas Sadıqov Yeni Müsavata verdiyi məlumata əsasən onun bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşü keçirilib.

Musavat.com-un xəbərinə görə, Qiyas Sadıqov bildirib ki, Prezident Administrasiyasında keçirilmiş görüş zamanı Şöbə müdiri onu partiyanın sədri seçilməsi münasibətilə təbrik etdi, habelə ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu, siyasi islahatlar, siyasi plüralizm, dövlət-partiya və partiyalararası münasibət, çoxpartiyalı siyasi sistemin inkişafına dövlət dəstəyi, siyasi münasibətlər müstəvisində yaranmış sağlam mühitin qorunmasına xidmət edən dövlətin digər təşəbbüsləri haqqında fikirlərini səsləndirib.

Fikir mübadiləsi zamanı Azərbaycan Xalq Partiyasının dövlət qeydiyyatına alınması, partiyanın bugünkü legitim fəaliyyəti və bu kimi digər məsələlər haqqında söhbət açılıb.

Qiyas Sadıqov sədrlik etdiyini partiyanın indidən sonra da milli maraqlar naminə konstruktiv əməkdaşlıq xəttinə sadiq qalacağını vurğulamış və ölkədə siyasi dialoq mühitinin təşviq olunmasında aktiv fəaliyyət göstərəcəyini bildirib.

Qəbulun davamında tərəflər ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivlərini, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, partiyaların beynəlxalq əlaqələrinin gücləndirilməsi, Qarabağda bərpa-quruculuq işləri və digər bu kimi məsələlər haqqında müzakirələr aparılıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR