İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yox” deməyi bacaranlar xərçəngdən daha çox qorunur - Alimlərdən qeyri-adi araşdırma

1141 12.11.2025 17:17 Ölkə A A

Alimlər bildirirlər ki, davamlı şəkildə hər kəsi razı salmağa çalışan insanlar öz sağlamlıqlarını təhlükəyə atırlar. Onların fikrincə, bu davranış tərzi xroniki stressə, emosional tükənməyə və immun sisteminin zəifləməsinə gətirib çıxarır ki, bu da xərçəng riskini artırır.

Musavat.com xəbər verir ki, onkopsixoloq Alla Lobanova məsələ ilə bağlı açıqlamasında deyib:

“İnsan başqalarına ‘bəli’ dedikdə, əslində özünə ‘yox’ demiş olur. Belə insanlar şəxsi sərhədlərini qoruya bilmir və daxili enerjilərini tükəndirirlər.”

Mütəxəssislər hesab edir ki, “yox” deməyi öyrənmək sağlamlıq üçün vacibdir. Rədd cavabı vermək yumşaq, amma inamlı və sakit şəkildə olmalıdır. Bununla yanaşı, günahkarlıq hissini idarə etmək və şəxsi sərhədləri müəyyənləşdirmək tövsiyə olunur.

Lobanovanın sözlərinə görə, “yox” deməyi bacarmaq eqoizm deyil, əksinə, özünə hörmət və sağlamlığa qayğı deməkdir:

“İnsan öz sərhədlərini qorumağı öyrəndikcə, içindəki günahkarlıq hissi də tədricən yox olur.”

Psixoloqlar vurğulayırlar ki, emosional balansı saxlamaq və stressi azaltmaq təkcə psixoloji deyil, həm də fiziki sağlamlığın qorunmasında mühüm rol oynayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR