İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski açıq dedi: Ukraynanın təhlükəsizliyinin açarı Aİ üzvlüyüdür

757 16.12.2025 18:16 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına üzvlüyünü Avropa dövlətləri tərəfindən veriləcək təhlükəsizlik zəmanətlərinin əsas hissəsi kimi gördüyünü bəyan edib.

Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna üçün güclü təhlükəsizlik təminatları təkcə hərbi deyil, həm də iqtisadi və institusional xarakter daşımalıdır:

“Ukrayna üçün güclü zəmanətlər Avropa İttifaqının zəmanətləridir. Bu, iqtisadi təhlükəsizlik zəmanətləridir və Aİ üzvlüyüdür. Biz bütün bunları təhlükəsizlik zəmanətlərinin vahid bloku kimi dəyərləndiririk”, – deyə prezident bildirib.

O vurğulayıb ki, əgər Avropa tərəfdaşları Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdırsa, Ukraynanın Aİ-yə üzvlüyünə də dəstək göstərməlidirlər. Zelenski üzvlüyün konkret tarixləri və əlavə şərtlər barədə danışmağın hələ tez olduğunu qeyd etsə də, bunun Kiyevin və bir çox tərəfdaş ölkələrin ümumi, çərçivəvi mövqeyi olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR