Ukrayna prezidenti Volodimir Zelenski və birinci xanım Yelena Zelenskaya NATO Liderlər Zirvəsində iştirak etmək üçün Ankaraya səfər ediblər.
Musavat.com xəbər verir ki, sammitin ilk günü – iyulun 7-də tədbirlər Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Müdafiə Sənayesi Forumu ilə başlayacaq. Forumda əsas məruzə ilə NATO-nun baş katibi Marko Rutte çıxış edəcək.
Daha sonra Mark Rütte ilə Volodimir Zelenskinin birgə qısa bəyanatla çıxış etməsi gözlənilir.
Günün ikinci yarısında dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşları üçün rəsmi qəbul və şam yeməyi təşkil olunacaq.
Eyni vaxtda NATO–Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində iclası keçiriləcək. Həmçinin Alyansın müdafiə nazirlərinin Japan, South Korea, New Zealand və Australia nümayəndələri ilə görüşü nəzərdə tutulub.
NATO-nun əsas qərarverici orqanı olan Şimali Atlantika Şurasının dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək iclası iyulun 8-də saat 11:45-ə planlaşdırılıb.
Bundan başqa, saat 15:00-da NATO-nun baş katibi Mark Rütte mətbuat konfransı keçirərək Ankara sammitinin yekunlarını açıqlayacaq.
Şahanə Rəhimli
Musavat.com






