İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ilə Tramp arasında KRİTİK görüş: Putin də dəvət aldı, Kremldən REAKSİYA

696 16.06.2026 15:55 Son xəbər A A

Fransanın Evian şəhərində iyunun 15-17-də G7 sammiti keçirilir. Qərb mediasında son xəbərlərə görə, liderlər danışıqlar üçün bir araya gəlməyə hazırlaşarkən, Zelenski bildirib ki, Ukrayna qüvvələri Kiyevə edilən son hücumlara cavab olaraq Moskva neft emalı zavoduna zərbə endirib.

"Rusiya xalqımıza qarşı müharibəni dayandırmağa məcbur edilməlidir ", - deyə o bildirib.

Tramp Rusiyanın qonşusuna tammiqyaslı işğalı nəticəsində dörd ildən çox davam edən müharibədən sonra Ukrayna ilə bağlı "bəlkə də nəsə edə bilərik" deyib. "France 24" məlumat verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer G7 sammitindən əvvəl bildirib ki, Ukraynaya nüvə elektrik stansiyaları üçün zənginləşdirilmiş uran tədarük edəcək və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Rusiya prezidenti Vladimir Putin G7 ("Böyük Yeddilik") sammitinə dəvət almayıb. Musavat.com xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin tədbir çərçivəsində Putinlə görüşmək təklifi irəli sürməsi barədə yayılan məlumatlara bu cür münasibət bildirib.

TASS agentliyinin məlumatına görə, Peskov Rusiya liderinin rəsmi kanallar vasitəsilə hər hansı bir dəvət alıb-almaması ilə bağlı suala qəti şəkildə "Əlbəttə ki, xeyr" cavabını verib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR