İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski qəti mövqe ortaya qoydu: Təhlükəsizlik zəmanətləri olmadan atəşkəs olmayacaq

476 15.12.2025 22:01 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, aydın, konkret və işlək təhlükəsizlik zəmanətləri müəyyənləşdirilmədən hər hansı atəşkəs variantı mümkün deyil.

Musavat.com xəbər verir ki, dövlət başçısının sözlərinə görə, döyüşlərin dayandırılması ilə bağlı istənilən qərardan öncə həm Ukrayna hərbçiləri, həm də mülki əhali hansı təhlükəsizlik mexanizmlərinin tətbiq ediləcəyini dəqiq bilməlidir.

Zelenski atəşkəs dövründə nəzarət mexanizmlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Monitorinqi kimin aparacağı, bu prosesin hansı formatda həyata keçiriləcəyi və atəşkəs pozularsa hansı sanksiyaların işə düşəcəyi əvvəlcədən tam aydınlaşdırılmalıdır”.

Ukrayna liderinin fikrincə, bu məsələlər razılaşdırılmadan elan edilən atəşkəs real təhlükəsizlik yaratmayacaq və yalnız yeni risklər formalaşdıra bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR