İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Rusiyada anlamalıdırlar ki, müharibəni davam etdirməyin mənası yoxdur

678 17.12.2025 23:47 Dünya A A

Ukrayna prezidenti Avropanın qarşıdakı qərarlarını həlledici adlandırıb.

Musavat.com xəbər verir ki, Prezident Volodimir Zelenski Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin sammitini son dərəcə vacib qiymətləndirib. Onun sözlərinə görə, bu görüşlərin nəticəsi elə olmalıdır ki, Rusiyada müharibəni gələn il də davam etdirməyin mənasız olduğu aydın hiss edilsin.

Zelenski bildirib ki, Ukraynanın kifayət qədər dəstək alması Rusiyanın planlarını puça çıxara bilər və bu seçim birbaşa Avropanın əlindədir.

Prezident əlavə edib ki, bu həftə Ukrayna nümayəndələri ABŞ komandası ilə mümkün sülh sazişi və təhlükəsizlik zəmanətləri barədə danışıqları davam etdirəcək. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR