İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Sülh danışıqları dalana dirənib-Donbas üzrə ortaq mövqe yoxdur

561 08.12.2025 16:06 Dünya A A

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ, Rusiya və Ukrayna arasında Donbas məsələsinə dair köklü fikir ayrılıqları səbəbindən sülh danışıqları dalana dirənib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, tərəflər ABŞ-ın irəli sürdüyü sülh təşəbbüsünün əsas elementlərindən biri olan ərazi məsələsində ortaq nəticəyə gələ bilmirlər.

Zelenski vurğulayıb:
"ABŞ, Rusiya və Ukraynanın mövqeləri fərqlidir və Donbasla bağlı vahid fikir yoxdur. ABŞ-ın sülh planının iştirakçıları hələ də ərazi məsələsində razılığa gələ bilmirlər".

Ukrayna lideri qeyd edib ki, Vaşinqtonun təqdim etdiyi planın bir sıra həssas bəndləri — o cümlədən təhlükəsizlik zəmanətləri və şərq regionlarına nəzarət məsələsi — əlavə, daha dərindən müzakirə tələb edir.

Zelenski həmçinin Kiyevin mövqeyini xüsusi vurğulayıb:

“Kiyev mütləq şəkildə Qərb üzrə müttəfiqlər, ilk növbədə ABŞ ilə ayrıca təhlükəsizlik zəmanətləri sazişinin imzalanmasında israrlıdır".

Musavat.com 
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR