İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən ABŞ-la danışıqlara dair mühüm açıqlamalar: ABŞ bunu bilmir...

528 11.12.2025 22:22 Siyasət A A

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti layihəsini təhvil verib və tərəflər bu layihə üzərində işləməyə davam edəcəklər.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Ukrayna prezidenti Vladimir Zelenski deyib.  Onun sözlərinə görə, effektiv təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələr qabaqdadır və Ukrayna bu məsələ üzərində işləyir: "Biz Amerika tərəfindən təhlükəsizlik zəmanətləri ilə bağlı layihə aldıq. 20 bənd və iqtisadi təkliflərlə etdiyimiz kimi, ABŞ-dan gələn təhlükəsizlik zəmanətləri ilə də işləyəcəyik - ideyalarımızı əlavə edib bu layihəni islah edəcəyik".

Zelenski qeyd edib ki, Ukrayna Amerika tərəfindən aldığı layihəyə öz vizyonunu əlavə edəcək və bundan sonra bu sənəd ABŞ-a təhvil veriləcək: "Bu, əsas olacaq, çünki bu məsələ ilə bağlı daha çox təfərrüata ehtiyacımız var. Lakin bu sənəd bizim qərarımızdır, hər iki tərəfin qərarıdır və hər iki tərəf bunun hüquqi cəhətdən məcburi və güclü olmalı olduğunu başa düşür, çünki təəssüf ki, Budapeşt Memorandumu kimi zəif bir təcrübə var".

Ukrayna liderinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd Konqresə təqdim ediləcək. O, Ukraynanın Budapeşt Memorandumu kimi bir sənədə deyil, effektiv təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu vurğulayıb.

Ukrayna prezidenti əlavə edbi ki, PURL proqramı ilə bağlı ABŞ-la müzakirələr aparılıb və Kiyev gələn il üçün 15-16 milyard dollarlıq yardım paketi gözləməlidir: "Ümid edirik ki, müharibə bitəcək, amma hər halda, bizə bu proqram lazımdır və bu silahlar sadəcə onları ehtiyatda saxlamaq, təhlükəsizliyi dəstəkləmək üçün lazımdır, çünki heç kim sabah nə baş verəcəyini bilmir. Buna görə də biz bu proqram üzərində işləyirik".

Zelenski ABŞ-dan həm sülh danışıqları, həm də PURL üzərində eyni vaxtda işləməsini istədiyini vurğulayıb. O, həmçinin ABŞ kəşfiyyat məlumatları ilə bağlı açıqlama verib: "Düşünürəm ki, hər halda onlar bizdə olacaq. Amma bu, bu gün üçündür. Lakin bu danışıqların necə bitəcəyini bilmirik. Və əsl nəticənin nə olacağını bilmirik. Biz sülh istəyirik. Və mümkün qədər konstruktiv olmağa çalışırıq".

Zelenski bildirib ki, ABŞ tam atəşkəsin yalnız çərçivə sazişinin imzalanması ilə baş verə biləcəyinə inanır: “Rusların razılaşma olmadığı təqdirdə SISfire-ə(tam atəşkəs –red.) razı olmayacağı heç kimə sirr deyil. Bizim mövqeyimiz dəyişməyib - biz SISfire-in zəruri olduğuna inanırıq. Amma biz məhz bu məlumatı alırıq: SISfire üçün yeganə seçim çərçivə sazişinin imzalanmasıdır".

Onun sözlərinə görə, Ukrayna və ABŞ iqtisadiyyat və yenidənqurma, eləcə də təhlükəsizlik zəmanətləri ilə bağlı sazişlər imzalayacaqlar: “Bunlar paralel proseslər ola bilər. Bəlkə də Ukrayna üçün Marşal Planına bənzər bir şey olacaq. Amerikalıların artıq “azad iqtisadi zona” və ya “silahsızlaşdırılmış zona” adlandırdıqları ərazini kim idarə edəcək? ABŞ bunu bilmir. ABŞ-ın kompromis vizyonu təxminən belə görünür”.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR