İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Trampa pioner cavabı: “Həmişə hazıram”

745 09.12.2025 21:05 Dünya A A

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampın ölkədə seçkilərin keçirilməsi ilə bağlı təklifinə yığcam və sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Zelenski Trampın çağırışına cavabında bildirib ki, “mən həmişə hazıram”, – bununla da o, Ukraynanın legitimlik və demokratik prosedurlara sadiqliyini vurğulayıb.

Ukrayna rəhbərliyi hesab edir ki, ölkədə real təhlükəsizlik təmin olunmadan seçkilərin təşkili çətin olsa da, Kiyev beynəlxalq tərəfdaşlarla dialoqa açıqdır.

Trampın son günlər Ukraynaya yönəlik ardıcıl açıqlamaları fonunda Zelenskinin bu cavabı Vaşinqton–Kiyev xəttində gərgin müzakirələrin davam etdiyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR