“Bloomberg”in məlumatına görə, İlon Maskın kosmos imperiyası SpaceX 2026-cı ildə birja debütünə çıxmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, ddialara əsasən, şirkət IPO zamanı təxminən 1,5 trilyon dollarlıq qiymətləndirmə hədəfləyir.
Bu rəqəm təsdiqlənsə, dünya maliyyə sistemində indiyədək görülmüş ən böyük IPO olacaq.
Bununla belə, bir sıra analitiklər daha ehtiyatlı danışaraq SpaceX-in real bazar dəyərinin hələlik 750–800 milyard dollar civarında olduğunu qeyd edirlər. Rəsmi qərar açıqlanmasa da, şirkətin direktorlar şurasının IPO məsələsini fəal şəkildə müzakirə etdiyi bildirilir.
Musavat.com






