Venesuela hökuməti BVF-də saxlanılan vəsaitlərindən 346 milyon dollar əldə edib.
Musavat.com xəbər verir ki, məıumatı ölkənin prezidenti Delsi Rodrigez öz Telegram kanalında açıqlayıb. Onun sözlərinə görə, bu vəsait dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək üçün istifadə olunacaq: "Venesuela Beynəlxalq Valyuta Fondundakı (BVF) vəsaitlərindən 346 milyon dollar əldə edib və bu vəsait faciədən sonra bərpa və yenidənqurma işlərinə sərf olunacaq". O, bu pulun zəlzələdən zərər çəkmiş ailələrə, o cümlədən mənzillərin yenidən qurulmasına, vacib infrastrukturun təmirinə və əsas kommunal xidmətlərin bərpasına kömək üçün istifadə olunacağını açıqlayıb.
Prezident BVF-nin icraçı direktoru Kristalina Georgievaya dəstəyinə görə təşəkkürünü bildirib.
Musavat.com






