İnsanlara hürriyət, millətlərə istiqlal!

"Məsələ təkcə F-35 deyil..." — Türkiyə XİN-dən Ağ Evə gözlənilməz mesaj: Çox dərin əməkdaşlıq başlayır

717 18.07.2026 18:57 Dünya A A

Ankara və Vaşinqton arasında uzun illərdir böhrana çevrilən "F-35" qırıcı təyyarələri proqramı ilə bağlı inqilabi irəliləyiş qeydə alınıb.

Musavat.com xəbər verir ki, Türkiyə xarici işlər nazirinin müavini Levent Gümrükçü bu dəfə iki ölkənin həll yoluna həqiqətən çox yaxın olduğunu və bu problemi tamamilə arxada qoya biləcəklərini hiss etdiklərini bəyan edib.

Son 10-15 ildə ilk dəfə olaraq ABŞ administrasiyasına tam etibar etdiklərini vurğulayan XİN rəsmisi, saziş əldə olunacağı təqdirdə Vaşinqtonun öhdəliklərini yerinə yetirəcəyinə əmin olduqlarını bildirib.

Gümrükçü həmçinin qeyd edib ki, hazırkı müzakirələr təkcə Türkiyəyə "F-35" satışı və ya ölkənin əvvəllər tərkib hissəsi olduğu bu proqrama geri qayıtması ilə məhdudlaşmır; burada söhbət iki ölkənin üstünlükləri və bu məsələnin strateji əhəmiyyəti nəzərə alınmaqla, ABŞ və Türkiyə arasında müdafiə sənayesi sahəsində daha dərin və genişmiqyaslı əməkdaşlığın qurulmasından gedir.

Nazir müavini məhz bu faktorun onlara hər şeydən çox ümid verdiyini xüsusi diqqətə çatdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR