Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitt ilə ayrıldıqdan sonra şəxsi həyatıyla bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com-un xəbərinə əsasən, aktrisa yeni filmi "Couture"un təqdimatı zamanı bildirib ki, 2016-cı ildə Bred Pittdən ayrıldıqdan sonra heç kimlə sevgili olmayıb.
"Düzünü desəm, boşandığımdan bəri, yəni təxminən 10 ildir heç kimlə münasibət yaşamamışam. Bu müddətdə bütün diqqətimi övladlarıma və işimə yönəltmişəm", - deyə Coli qeyd edib.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2014-cü ildə evlənsələr də, 2016-cı ildə ayrılıblar. Onların boşanma prosesi uzun illər davam edib və cütlük arasında hüquqi çəkişmələr hələ də tam başa çatmayıb.
Könül
Musavat.com







