İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya neft ölkəsindən yanacaq idxalçısına çevrildi: Hindistandan təcili benzin alışı başladı

758 01.07.2026 18:54 Dünya A A

Ukrayna hərbi qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl və dağıdıcı dron zərbələri fonunda Rusiya Federasiyasında daxili bazarda kəskin yanacaq qıtlığı yaranıb. Yaranmış bu ağır böhrandan çıxmaq üçün dünyanın ən böyük neft istehsalçılarından sayılan Rusiya tarixində ilk dəfə Hindistandan təcili şəkildə benzin idxal etməyə başlayıb.

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu "Reuters" informasiya agentliyinin qlobal logistika və gömrük mənbələrinə istinadən yaydığı sensasiyalı məlumata görə, artıq Hindistandan Rusiya ərazisinə azı 60 min ton hazır benzin yanacağı rəsmən tədarük edilib. Rəsmi Moskvanın yanacaq böhranını cilovlamaq üçün hazırladığı strateji plana əsasən, ölkə yaxın aylarda başda qonşu Belarus olmaqla bir neçə xarici dövlətdən ayda 400 min tona qədər hazır yanacaq idxal etməyi hədəfləyir.

Agentlik qeyd edir ki, Rusiyada qeydə alınan kəskin yanacaq defisiti artıq ölkə daxilində ciddi sosial-iqtisadi gərginliyə yol açıb. Regionlarda benzinin satışına xüsusi normalar (gündəlik limitlər) tətbiq olunub, avtomobil yanacaqdoldurma məntəqələrində (YDM) kilometrlərlə uzanan uzun növbələr yaranıb və pərakəndə satışda benzin və dizel yanacağının qiyməti tarixi rekord səviyyəyə yüksəlib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR